6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Yaponiyada 6,7 maqnitudalı zəlzələ baş verib

12-dekabr-2025
Yaponiyada 6,7 maqnitudalı zəlzələ baş verib
Yazı Ölçüsü:

Yaponiyanın şimalında, Aomori prefekturası yaxınlığında 6,7 maqnitudalı güclü zəlzələ qeydə alınıb. “PostMedia” xəbər verir ki, bu barədə məlumatı Yaponiya Meteorologiya Agentliyi (JMA) açıqlayıb. Bildirilib ki, zəlzələnin episentri Aomori prefekturasının şərq açıq sahilləri olub. Yeraltı təkanlar təxminən 20 kilometr dərinlikdə baş verib.

Zəlzələdən dərhal sonra ölkənin şimal və şimal–şərq bölgələri üçün tsunami xəbərdarlığı elan edilib. Agentlik sahilboyu ərazilərdə yaşayan sakinləri ehtiyatlı olmağa və təlimatlara əməl etməyə çağırıb.

Hələlik dağıntı və tələfatla bağlı məlumat verilməsə də, yerli hakimiyyət orqanları vəziyyəti nəzarətdə saxladıqlarını bildirir. Regional fövqəladə xidmətlərə ərazilərdə monitorinqi gücləndirmək tapşırılıb.

Qeyd edək ki, dekabrın 8-də Aomori prefekturasının Misava sahillərində baş vermiş 7,5 bal gücündə zəlzələ nəticəsində 50 nəfər yaralanmışdı. JMA həmin hadisədən sonra yaxın günlərdə oxşar və ya daha güclü afterşokların ola biləcəyi barədə xəbərdarlıq etmişdi.

Hazırkı 6,7 bal gücündə zəlzələ də bu ehtimalın davam etdiyini göstərir. Yaponiyanın seysmik xidmətləri yaxın saatlarda əlavə məlumatların açıqlanacağını bildirib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930