6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

İranın yeni ali rəhbəri Müctəba Xamenei fevralın 28-dəki hücum zamanı yaralanıb – İran səfiri

11-mart-2026
Türkan Nəbi
İranın yeni ali rəhbəri Müctəba Xamenei fevralın 28-dəki hücum zamanı yaralanıb – İran səfiri
Yazı Ölçüsü:
İranın yeni ali rəhbəri Müctəba Xamenei fevralın 28-də baş vermiş hücum zamanı yaralanıb. Hücum nəticəsində onun ailəsinin altı üzvü, o cümlədən atası həlak olub.
"PostMedia" xəbər verir ki, bu məlumatı Kiprdə İranın səfiri Alireza Salarian "The Guardian" qəzetinə müsahibəsində təsdiqləyib.
Səfir bildirib ki, hadisə zamanı o da orada olub və bombardman zamanı yaralanıb:
"Lakin bunun xarici KİV-də işıqlandırıldığını görməmişəm. Eşitmişəm ki, o, ayaqlarından, qolundan və biləyindən xəsarət alıb. Düşünürəm ki, hazırda aldığı xəsarətlər səbəbindən xəstəxanadadır”.
Səfir həmçinin izah edib ki, niyə yeni ali rəhbər bazar günü atasının yerinə keçdikdən sonra hələ ictimaiyyət qarşısında çıxış etməyib:
“Düşünmürəm ki, o, hazırda çıxış etməyə imkan verəcək vəziyyətdədir”.
Hücum İran ərazisinə qarşı ABŞ-nin hava zərbələrinin ilk günü baş verib və Tehran şəhərinin mərkəzində yerləşən geniş prezident kompleksinə yönəlib. Səfir qeyd edib ki, hadisə müqəddəs Ramazan ayının onuncu günündə baş verib. Həmin vaxt Əli Xamenei ailəsinin bir neçə üzvü ilə birlikdə iqamətgahında olub. Orada olanlar arasında Müctəba Xameneinin həyat yoldaşı Zəhra da olub və o da hücum nəticəsində həlak olub.
İran KİV-lərinin məlumatına görə, Əli Xameneinin həyat yoldaşı Mənsurə isə aviazərbədən üç gün sonra vəfat edib.
Kateqoriyalar