6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Ərdoğan və Tramp telefonla danışıblar

18-avqust-2026, 08:43
Ərdoğan və Tramp telefonla danışıblar
Yazı Ölçüsü:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
"PostMedia" xəbər verir ki, telefon danışığı zamanı ABŞ Prezidenti Donald Trampı İranla danışıqları davam etdirməyə çağırıb. O, iki ölkə arasında gərginliyin azaldılması üçün Ankaranın sülh səylərinə dəstək verməyə hazır olduğunu bildirib. Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
NATO-da ikinci ən böyük orduya malik olan və İranla sərhədləri olan Türkiyə dəfələrlə müharibənin dayandırılmasına çağırıb. Ankara ABŞ, İran, eləcə də Pakistan və Qətər kimi vasitəçi ölkələrlə sıx əlaqələr saxlayır və tərəflər arasında vasitəçilik etməyə çalışır.
Prezident Administrasiyasının yaydığı açıqlamada Ərdoğanın İran və ABŞ arasındakı gərginliyin aradan qaldırılması üçün diplomatik imkanlardan maksimum istifadə etməyin son dərəcə vacib olduğunu bildirdiyi qeyd olunub.
“Biz danışıqların davam etdiriləcəyinə ümid edirik və Türkiyə sülh səylərinə dəstəyini davam etdirəcək”, – deyə Ərdoğan bildirib. Məlumatı “Reuters” yayıb.
Administrasiya əlavə edib ki, Ərdoğan və Tramp ikitərəfli münasibətləri, Qəzzadakı müharibəni, həmçinin Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış müdafiə sazişini də müzakirə ediblər.
Türkiyə lideri sözügedən sazişi regional sabitlik və təhlükəsizlik məsələsində “qətiyyətli mövqe”nin göstəricisi kimi yüksək qiymətləndirib.
Açıqlamaya görə, Ərdoğan həmçinin Trampın Qəzzada sülh planının ikinci mərhələsinin qüvvəyə minməsi ərəfəsində İsrailin fələstinlilərə qarşı hücumlarını intensivləşdirdiyini diqqətə çatdırıb.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31