6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

İran ABŞ ila genişmiqyaslı müharibəyə hazırlaşır

17-avqust-2026, 09:50
İran ABŞ ila genişmiqyaslı müharibəyə hazırlaşır
Yazı Ölçüsü:

İran müharibənin daha da genişlənəcəyi təqdirdə həyata keçirilməsi nəzərdə tutulan gizli plan hazırlayır.

"PostMedia" xəbər verir ki, bu barədə “The Wall Street Journal” xəbər yaybı.

Məlumatda deyilir ki, bu barədə ələ keçirilmiş mesajlar və digər kəşfiyyat məlumatları göstərir.

Məlumatlara görə, İranın sərt xətt tərəfdarlarının fəaliyyətində ABŞ və onun regiondakı müttəfiqləri üçün müharibənin xərclərini artırmağa yönəlmiş strateji dəyişiklik müşahidə olunur.

ABŞ Prezidenti Donald Tramp iyunun ortalarında İranla anlaşma memorandumu imzaladıqdan sonra administrasiyanın nümayəndələri razılaşmaya dəstək toplamaq üçün səfərlərə başlayıblar. Onlar hesab edirdilər ki, bu razılaşma Hörmüz boğazının yenidən açılmasına və müharibənin miqyasının azaldılmasına şərait yarada bilər.

Lakin İran və ərəb rəsmilərinin sözlərinə görə, İranın sərt xətt tərəfdarları Tehranda toplaşaraq alternativ plan hazırlayıblar. Onlar hesab ediblər ki, razılaşma, ehtimal ki, ABŞ və İsrailin dünya iqtisadiyyatına təzyiqi azaltmaq və gələcəkdə daha iddialı hücuma hazırlaşmaq üçün vaxt qazanmaq cəhdidir.

Bu səbəbdən İran tərəfi danışıqlara bel bağlamaq əvəzinə, son 2 ayı daha genişmiqyaslı müharibəyə hazırlaşmağa sərf edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031