6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

İnam Kərimovun kadrı “Space” televiziyasının rəhbərliyinə gətirildi

18-iyun-2026, 13:08
İnam Kərimovun kadrı “Space” televiziyasının rəhbərliyinə gətirildi
Yazı Ölçüsü:

“Space” televiziyasının baş direktoruna yeni müavin təyin edilib

PostMedia”nın əldə etdiyi məlumata görə, bu vəzifə İlham Süleymanova həvalə edilib.

İ. Süleymanov telekanalda kadr siyasəti və idarəetmə məsələlərinə, o cümlədən yeni müxbir və redaktorların seçiminə cavabdeh olacaq.

Qeyd edək ki, İlham Süleymanov bir müddət əvvəl Azərbaycan kənd təsərrüfatı naziri Məcnun Məmmədovun əmri ilə Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri vəzifəsindən azad edilmişdi.

O, 2018-ci ildən sabiq nazir İnam Kərimovun əmri ilə KTN-də fəaliyyətə başlayıb. Bundan əvvəl isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb.

Xatırladaq ki, “Space” televiziyasının təsisçisinin bu ilin may ayının əvvəlində verdiyi qərarla kanalın baş direktoru vəzifəsinə Ayaz Mustafayev təyin olunub.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031