6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Şou

Qazaxıstanlı musiqiçilər Bakıda konsert verəcək

27-noyabr-2025
Qazaxıstanlı musiqiçilər Bakıda konsert verəcək
Yazı Ölçüsü:
Noyabrın 30-da, saat 15:00-da istedadlı qazaxıstanlı musiqiçisi və bəstəkarı Abik Jeksen Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında xüsusi qonaq qazax-azerbaycanlı müğənni ManEl ilə birgə konsert proqramı ilə çıxış edəcək.
Bu barədə "PostMedia" ya Qazaxıstanın Bakıdakı Səfirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, Abik Jeksen Qazaxıstan estradasının aparıcı ifaçıları üçün gitara partiyalarının müəllifi və aranjimançısıdır. Onların arasında Dimash Qudaybergen, Saken Mayqaziev, MuzArt qrupu, Ali Okapov, Kental, Töreğali Töreali, Nurjan Kermenbayev və başqaları var.
Çaykovski adına Musiqi Kollecində (Almatı) və Bakı Musiqi Akademiyasında musiqi təhsili almış gənc müğənni və mahnı müəllifi ManEl (Könül Məmmədova) “Azərbaycanın Səsi” və “Bakı Payızı” layihələrindəki çıxışları ilə tanınır.
Konsert proqramına Qazax, Azərbaycan, ingilis və rus dillərində ifa olunacaq mahnılar daxil olacaq.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930