6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Misirdə piramidaların tikintisi sirrinə işıq salan mühüm kəşf edilib

31-iyul-2026, 08:18
Misirdə piramidaların tikintisi sirrinə işıq salan mühüm kəşf edilib
Yazı Ölçüsü:
Misirdə aparılan arxeoloji qazıntılar zamanı təxminən 5 min il yaşı olan iki türbə aşkarlanıb. Alimlər hesab edirlər ki, bu tapıntılar sonradan məşhur Giza piramidalarının inşasında istifadə edilən texnologiyaların mənşəyini anlamağa kömək edə bilər.
"PostMedia" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Türbələr Nil çayının şərq sahilində, Minya vilayətinin Cəbəl ət-Tayr bölgəsində aşkar edilib. Tədqiqatçıların sözlərinə görə, onların memarlıq xüsusiyyətləri mürəkkəb mühəndislik həllərinin Giza piramidalarından əsrlər əvvəl tətbiq olunduğunu göstərir.
Alimlərin diqqətini xüsusilə divarların quruluşu cəlb edib. Belə ki, divarlar aşağı hissədə daha enli, yuxarıya doğru isə tədricən daralır. Bu konstruksiya tikililərin dayanıqlığını artırır və sonradan Misir monumental memarlığının əsas xüsusiyyətlərindən birinə çevrilib.
Arxeoloqlar həmçinin daş emalı izləri və divarların içərisinə yerləşdirilmiş iri taxta tirlər aşkar ediblər. Bu tirlərdən bəziləri tikilinin demək olar ki, bütün uzunluğu boyunca uzanır və ehtimal olunur ki, tikinti zamanı konstruksiyanı möhkəmləndirmək məqsədilə istifadə olunub.
Mütəxəssislərin fikrincə, yeni tapıntıların memarlıq xüsusiyyətləri Abidosdakı kral türbələrini xatırladır. Həmin ərazidə vahid Misirin ilk hökmdarları, o cümlədən firon Den dəfn olunub. Bu isə inkişaf etmiş tikinti texnologiyalarının ölkə üzrə indiyədək güman ediləndən daha erkən yayıldığını göstərə bilər.
Türbələrlə yanaşı, alimlər Misirin birləşməsindən əvvəlki dövrə aid daha qədim qəbiristanlıq da aşkar ediblər. Burada döllük vəziyyətində dəfn edilmiş, həsirlərə bükülmüş insan qalıqları, fironlardan əvvəlki dövrə aid saxsı qablar, eləcə də sonrakı dövrlərə aid taxta tabutlar tapılıb.
Tədqiqatçıların qənaətinə görə, bu kəşf sadə dəfn tikililərinin minilliklər ərzində necə nəhəng daş abidələrə çevrildiyini izləməyə imkan verir və qədim Misir memarlığının inkişafı barədə mövcud təsəvvürləri dəyişə bilər.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31