6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Xirosimaya atılan atom bombasından sonra Yer üzündə əvvəllər məlum olmayan maddə yaranıb

31-iyul-2026, 06:02
Xirosimaya atılan atom bombasından sonra Yer üzündə əvvəllər məlum olmayan maddə yaranıb
Yazı Ölçüsü:

1945-ci ildə Xirosimaya atılan atom bombasının partlayışından sonra Yer üzündə əvvəllər elmə məlum olmayan yeni bir maddə yaranıb.

"PostMedia" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Alimlər nüvə partlayışının yaratdığı ekstremal şəraitdə əmələ gəlmiş radioaktiv qalıqları araşdırarkən unikal metal ərintisi aşkar ediblər.

Kəşf Xirosima körfəzinin sahillərindən toplanmış və "hiroşimitlər" adlandırılan mikroskopik şüşə hissəciklərinin tədqiqi zamanı edilib.

Elektron mikroskopu, kimyəvi analiz və rentgen difraksiyası vasitəsilə alimlər əvvəllər məlum olan heç bir ərintiyə uyğun gəlməyən kiçik metal hissəciyi aşkarlayıblar.

Yeni maddənin tərkibində dəmir, xrom, nikel, manqan, molibden, silisium və alüminium var. Tərkibi paslanmayan polada bənzəsə də, atomlarının düzülüşü indiyədək müşahidə olunmayan unikal kristal quruluşa malikdir.

Tədqiqatçıların fikrincə, bu ərinti atom bombasının partlayışı zamanı yaranan alov kürəsində, temperaturun 7000 dərəcədən çox olduğu şəraitdə formalaşıb. Həmin anda metal, beton, şüşə, torpaq və digər materiallar buxarlanıb, daha sonra isə yüksək temperaturdakı bulud çox sürətlə soyuyub. Bu sürətli soyuma atomları təbiətdə normal şəraitdə yaranması mümkün olmayan quruluşda "dondurub".

Alimlər hesab edirlər ki, aşkar olunan ərinti tamamilə yeni material sinfinə aid ola bilər. Onun öyrənilməsi ekstremal temperatur şəraitində baş verən proseslərin daha yaxşı başa düşülməsinə, həmçinin daha möhkəm, yüngül və istiliyədavamlı materialların hazırlanmasına imkan yarada bilər.

Tədqiqat müəllifləri bildiriblər ki, bu kəşf insanın yaratdığı ekstremal şəraitin təbiətdə əvvəllər mövcud olmayan maddələrin yaranmasına səbəb ola biləcəyini təsdiqləyir.

Onlar həmçinin istisna etmirlər ki, Xirosimadakı radioaktiv qalıqlar arasında elmə hələ məlum olmayan başqa materiallar da mövcud ola bilər.

Qeyd edək ki, "Little Boy" ("Balaca oğlan") adlı atom bombası 1945-ci il avqustun 6-da Xirosimaya atılıb. Təxminən 580 metr hündürlükdə baş verən partlayışın gücü 15 min ton trotil ekvivalentinə bərabər olub.

Partlayış nəticəsində dərhal 60–80 min nəfər həyatını itirib. İlin sonunadək isə yanıq xəsarətləri və radiasiya xəstəliyindən ölənlərlə birlikdə qurbanların sayı təxminən 140 min nəfərə çatıb.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31