6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Paşinyanın mətbuat katibi vəzifəsindən gedib

30-iyul-2026, 16:32
Paşinyanın mətbuat katibi vəzifəsindən gedib
Yazı Ölçüsü:
Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan Milli Məclisin deputatı səlahiyyətlərini icra etməyə başlayacağı üçün vəzifəsindən ayrıldığını açıqlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə o, "Facebook" hesabında paylaşım edib.
Bağdasaryan bildirib ki, son üç il yarım ərzində Baş nazir Aparatında çalışıb və ölkə üçün mürəkkəb bir dövrdə mətbuat katibi vəzifəsini icra edərək ictimai kommunikasiyanın, şəffaflığın və hesabatlılığın təmin olunmasına, cəmiyyətlə səmərəli əlaqələrin qurulmasına çalışıb.
O, Ermənistanın Baş naziri Nikol Paşinyana göstərdiyi yüksək etimada, birgə fəaliyyətə, qazandığı dəyərli təcrübəyə və yaratdığı imkanlara görə təşəkkür edib.
Nazeli Bağdasaryan eyni zamanda müxtəlif dövlət qurumlarının mətbuat katiblərinə və sözçülərinə qarşılıqlı etimada əsaslanan əməkdaşlığa görə minnətdarlığını bildirib.
O, xüsusilə Baş nazir Aparatının "İnformasiya və İctimaiyyətlə Əlaqələr", "Strateji Kommunikasiya" idarələrinin, eləcə də İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin əməkdaşları ilə birgə fəaliyyətin effektiv kommunikasiya baxımından mühüm rol oynadığını vurğulayıb.
Bağdasaryan həmçinin jurnalistlərə və kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkür edərək qeyd edib ki, onların fəaliyyəti ictimaiyyətin məlumatlandırılması və dövlət qurumlarının işinin işıqlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
O xatırladıb ki, bir gün əvvəl "Vətəndaş Müqaviləsi" Partiyası İdarə Heyətinin qərarı ilə Ermənistan Milli Məclisinin Əmək və Sosial Rifah Məsələləri Daimi Komissiyasının sədri vəzifəsinə namizəd seçilib.
"Milli Məclisdə görüşərik", – deyə Nazəli Bağdasaryan paylaşımını yekunlaşdırıb.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31