6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

"TikTok"da canlı yayım İndoneziyada qadının qamçılanması ilə nəticələnib

03-iyul-2026
"TikTok"da canlı yayım İndoneziyada qadının qamçılanması ilə nəticələnib
Yazı Ölçüsü:

İndoneziyanın Açe əyalətində bir qadın "TikTok"da canlı yayım zamanı sevgilisi ilə öpüşdüyünə görə şəriət qanunları əsasında ictimai şəkildə qamçılanıb.

"PostMedia"nın "Daily Mail"ə istibadən verdiyi məlumata görə, bu, sosial şəbəkədə yayımlanan davranışa görə tətbiq edilən ilk belə cəza hesab olunur.

Məlumata əsasən, dini polis gənc cütlüyün hərəkətlərini şəriət qanunlarının kobud şəkildə pozulması kimi qiymətləndirib. Cəza çoxsaylı insanların qarşısında icra olunub.

Şahidlərin sözlərinə görə, qadın rattan ağacından hazırlanmış qamçı ilə vurularkən özünü pis hiss edib və huşunu itirib. Hadisə yerində olan həkimlər ona ilkin tibbi yardım göstəriblər. Yerli qanunvericiliyə əsasən, cəza tam icra edilmədiyi üçün qadının səhhəti stabilləşdikdən sonra qalan zərbələrin də vurulacağı bildirilib.

Məlumata görə, qadın 21 (bəzi mənbələrdə isə 27) qamçı zərbəsinə məhkum edilib. Onunla birlikdə olan kişi də eyni ittihamla cəzalandırılıb.

Banda-Açe şəhərinin şəriət polisinin rəhbəri Məhəmməd Rizal bildirib ki, bu, rəqəmsal məkandakı fəaliyyətə görə şəriət qanunlarının tətbiq edildiyi ilk hadisədir.

Açe İndoneziyada şəriət qanunlarının rəsmi şəkildə tətbiq olunduğu yeganə əyalətdir. Burada nikahdankənar fiziki yaxınlıq, nikahdankənar cinsi münasibətlər, eynicinsli münasibətlər, qumar və alkoqol istifadəsi qanunla qadağandır.

Həmin gün daha bir neçə nəfər də müxtəlif şəriət pozuntularına görə ictimai şəkildə qamçılanıb.

Beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən "Amnesty International" və "Human Rights Watch", bu cür bədən cəzalarını kəskin tənqid edərək, ictimai qamçılamanın insan ləyaqətini alçaltdığını və ciddi psixoloji travmalara səbəb olduğunu bildiriblər.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031