6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

NYT: ABŞ İsrailin Əraqçi və Qalibafı öldürməyə cəhd edə biləcəyindən narahat olub

03-iyul-2026, 11:13
NYT: ABŞ İsrailin Əraqçi və Qalibafı öldürməyə cəhd edə biləcəyindən narahat olub
Yazı Ölçüsü:

ABŞ administrasiyası Vaşinqton və Tehran arasında aprel ayında başlayan atəşkəs danışıqları dövründə İsrailin İranın əsas danışıqlar aparan rəsmilərini hədəfə ala biləcəyindən narahat olub.

"PostMedia" bu barədə "The New York Times" (NYT) mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, İsrailin müharibənin əvvəlindən İranın yüksək vəzifəli rəhbərlərini aradan götürmək strategiyası fonunda ABŞ-nin xüsusilə İranın xarici işlər naziri Abbas Əraqçi və parlamentin sədri Məhəmməd Baqir Qalibafın mümkün sui-qəsd hədəfinə çevrilə biləcəyi ilə bağlı narahatlığı apreldə atəşkəs danışıqları başlayandan sonra daha da artıb.

Məlumatda qeyd olunur ki, münaqişənin ən gərgin mərhələsində Əraqçi və Qalibaf yüksək vəzifəli dövlət rəsmiləri kimi İsrail tərəfindən İran hakimiyyətini dəyişdirmək cəhdləri çərçivəsində legitim hədəf hesab oluna bilərdilər.

NYT bildirir ki, Vaşinqtonda hesab edirdilər ki, belə bir sui-qəsd cəhdi danışıqları pozacaq və hərbi əməliyyatların yenidən başlamasına səbəb olacaq.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31