6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Baydenin oğlu Trampı zarafatla Nobel Sülh Mükafatına namizəd göstərib

03-iyul-2026
Baydenin oğlu Trampı zarafatla Nobel Sülh Mükafatına namizəd göstərib
Yazı Ölçüsü:

ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu, iş adamı Hanter Bayden iyulun 2-də ABŞ prezidenti Donald Trampı zarafatla Nobel Sülh Mükafatına "namizəd göstərib".

"PostMedia" xəbər verir ki, bu barədə o, özünün "X" hesabında qeyd edib.

"Donald C. Trampı rəsmi olaraq Nobel Sülh Mükafatına namizəd göstərirəm. Tarixdə heç bir prezident eyni müharibəni bu qədər dəfə bitirməyib"

O, bununla İranla bağlı münaqişəyə işarə edib.

Bayden paylaşımında CNN telekanalının hesablamalarına istinad edərək bildirib ki, Tramp Yaxın Şərqdə müharibənin başa çatdığını müxtəlif ifadələrlə ən azı 38 dəfə bəyan edib.

Hanter Bayden istehza ilə əlavə edib ki, indiyədək heç bir ABŞ prezidenti belə "nailiyyət" əldə etməyib və Tramp "bu müharibəni bitirməyi hələ bitirməyib".

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031