6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Tehranda Xameneinin xatirəsinə abidə ucaldılıb

03-iyul-2026
Tehranda Xameneinin xatirəsinə abidə ucaldılıb
Yazı Ölçüsü:

İranın paytaxtı Tehranın İnqilab meydanında ölkənin sabiq ali dini lideri Əli Xameneinin xatirəsinə yumruq formasında abidə ucaldılıb.

"PostMedia" bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Məlumata görə, şəhərin müxtəlif yerlərində eyni rəmzi əks etdirən plakatlar, həmçinin Xamenei və ABŞ ilə İsrailin hücumları nəticəsində həlak olmuş digər hərbi və siyasi xadimlərin portretləri yerləşdirilib. Küçələrdə İran bayraqları paylanılır, paytaxtın mərkəzində isə insanların sıx toplaşdığı müşahidə olunur.

Ölkədə ümummilli matəm elan edilməsinə baxmayaraq, Tehranda bəzi mağaza və kafelər fəaliyyətini davam etdirir, küçə ticarəti də qismən saxlanılıb.

Əli Xamenei ilə vida mərasimləri Tehranda keçirilir və tədbirlərdə onlarla ölkədən yüksək səviyyəli nümayəndə heyətləri iştirak edir. Yaxın günlərdə Tehran, Qum və digər şəhərlərdə, eləcə də İraqda anım mərasimlərinin davam etdirilməsi planlaşdırılır. Dəfn mərasiminin isə onun doğulduğu Məşhəd şəhərində keçirilməsi nəzərdə tutulur.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031