6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İKT

"Nokia" Çin bazarındakı payını azaldır

19-avqust-2026, 08:32
"Nokia" Çin bazarındakı payını azaldır
Yazı Ölçüsü:
Finlandiyanın telekommunikasiya şirkəti "Nokia" 2026-cı ilin sonuna qədər Çinin materik hissəsindəki əməkdaşlarının böyük hissəsini ixtisar etməyi və ölkədəki obyektlərini mərhələli şəkildə bağlamağı planlaşdırır.
"PostMedia" xəbər veirr ki, bu barədə "South China Morning Post" vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ixtisarlar "Nokia"nın mobil şəbəkələr və şəbəkə infrastrukturu bölmələrinə təsir edəcək. İşçilərin ixtisarı bir neçə mərhələdə həyata keçiriləcək və əsas ixtisarların ilin sonuna qədər başa çatdırılması gözlənilir.
Dəyişikliklərdən təsirlənəcək əməkdaşların dəqiq sayı hələ məlum deyil. Şirkətin illik hesabatına əsasən, 2025-ci ilin sonuna "Nokia"nın Çin, Honkonq və Tayvanda təxminən 7,2 min əməkdaşı olub.
Şirkətin Pekin, Şanxay, Hançjou, Çendu və Çindao şəhərlərində obyektləri fəaliyyət göstərir.
Çin bazarında 40 ildən artıq fəaliyyət göstərən "Nokia"nın ölkədəki mövcudluğunu bu miqyasda azaltması şirkətin fəaliyyəti tarixində ən böyük dəyişikliklərdən biri olacaq.
Müəllif
Nigar
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031