6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Qazaxıstan neft ixracında Azərbaycan marşrutlarından istifadəni artırmağı planlaşdırır

10-avqust-2026, 10:13
Qazaxıstan neft ixracında Azərbaycan marşrutlarından istifadəni artırmağı planlaşdırır
Yazı Ölçüsü:

Qazaxıstan neftinin ixracı üçün Azərbaycan üzərindən keçən alternativ marşrutların genişləndirilməsi gündəmdədir.
PostMedia” xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat paylaşıb. Ölkə Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) neft qəbuluna müvəqqəti məhdudiyyətlər tətbiq etməsi səbəbindən iyulda neftin bir hissəsini digər marşrutlara yönləndirib.
Nazirlik əlavə ixrac marşrutları arasında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərini, Xəzər dənizi üzərindən Azərbaycan ərazisi ilə daşımaları və Bakı-Supsa marşrutunu nəzərdən keçirir.
Məlumata görə, hazırda Bakı-Tbilisi-Ceyhan sistemi ilə ildə təxminən 1,2 milyon ton Qazaxıstan nefti nəql olunur. Azərbaycan tərəfi isə Qazaxıstan neftinin qəbulunu ildə 2,2 milyon tona qədər artırmağa hazır olduğunu bildirib.
Qeyd edək ki, Qazaxıstan neftinin əsas hissəsi — təxminən 80 faizi — KTK vasitəsilə dünya bazarlarına çıxarılır. İyul və avqust aylarında Novorossiysk yaxınlığındakı KTK obyektləri dəfələrlə Ukrayna dronlarının hücumlarına məruz qalıb.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31