6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ƏMƏLİYYAT-AXTARIŞ

Bill Qeytsin qızı dələduzluq ittihamı ilə 20 ilədək həbs cəzası ala bilər

17-avqust-2026, 15:32
Bill Qeytsin qızı dələduzluq ittihamı ilə 20 ilədək həbs cəzası ala bilər
Yazı Ölçüsü:
“Microsoft”un təsisçisi Bill Qeytsin 23 yaşlı kiçik qızı Fibbi Qeytsin startapı ətrafında qalmaqal yaranıb.
Şirkətin hazırladığı "Phia" brauzer əlavəsi onlayn alış-veriş zamanı istifadəçilərə kupon və endirim kodlarını avtomatik göstərmək üçün nəzərdə tutulub. Başlanğıcda biznes uğurla inkişaf edib. Şirkət investorlardan, eləcə də Heyli Biber, Kloe Kardaşyan, Sidni Suini, Paris Hilton və Cessika Alba kimi məşhurlardan 40 milyon dollardan çox investisiya cəlb edib.
Lakin hazırda "Phia" ciddi dələduzluq ittihamları ilə üzləşib.
"PostMedia" xəbər verir ki, “Bloomberg”in araşdırmasına görə, startap aylarla “cookie stuffing” üsulundan istifadə edib. Bu, istifadəçinin xəbəri olmadan brauzerə “cookie” fayllarının əlavə edilməsi və ya mövcud faylların dəyişdirilməsi yolu ilə həyata keçirilən dələduzluq metodudur. Bu üsul şirkətə faktiki olaraq özünün həyata keçirmədiyi satışlardan da komissiya əldə etməyə imkan verə bilər.
“Bild”in məlumatına görə, ABŞ prokuroru Ariel Givner “X” platformasında bildirib ki, ABŞ-də bu praktika bir sıra hallarda internet dələduzluğu kimi hüquqi təqib oluna bilər. Belə hallarda böyük məbləğdə cərimələr və nəzəri olaraq 20 ilədək həbs cəzası nəzərdə tutula bilər. Bununla belə, Fibbi Gatesə qarşı hələlik hər hansı rəsmi ittiham irəli sürülməyib.
Eyni zamanda, “Bloomberg”in mənbələrinin iddiasına görə, Gates və onun həmtəsisçisi mübahisəli metodlardan hələ 2025-ci ilin sonlarından xəbərdar olublar. İddialara əsasən, 2025-ci ilin dekabrında göndərilmiş xidməti yazışmada Qeyts “cookie” fayllarının avtomatik yerləşdirilməsinin bütün saytlarda aktiv olub-olmadığını soruşub. Bu isə "Phia"ya satışlardan mümkün qədər çox gəlir əldə etməyə imkan verə bilərdi.
Startap isə ittihamları rədd edir və problemli funksiyaların hələ 7 iyulda deaktiv edildiyini bildirir.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31