6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Hava limanında 310 litr yanacaq oğurlayan 2 nəfər saxlanılıb

03-dekabr-2025, 13:28
Hava limanında 310 litr yanacaq oğurlayan 2 nəfər saxlanılıb
Yazı Ölçüsü:
Gürcüstanın İmereti Vilayətində hüquq-mühafizə orqanları qabaqcadan sözləşərək dayanacağa və ya anbara daxil olmaqla oğurluq törətməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə məlumat Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd edilib.
İstintaqla müəyyən edilib ki, 27 yaşlı şəxslər "Spenus Qrup" MMC-də texnik kimi çalışıblar. Nazirliyin məlumatına görə, onlar Kutaisi David Ağaşeneli adına beynəlxalq hava limanının ərazisində uçuş zolağında aparılan tikinti işləri üçün yerləşdirilmiş xüsusi texnikadan 310 litr yanacaq oğurlayıblar.
Hüquq-mühafizəçilər saxlanılan şəxslərin idarəsində olan avtomobili axtararkən qanunsuz əldə edilmiş yanacağı maddi sübut kimi götürüblər.
İstintaq Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə davam edir.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031