6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Yekaterinburqda xüsusi təyinatlılar Uraldakı azərbaycanlıların yeni liderini saxlayıblar

01-dekabr-2025, 19:29
Yekaterinburqda xüsusi təyinatlılar Uraldakı azərbaycanlıların yeni liderini saxlayıblar
Yazı Ölçüsü:

Yekaterinburqda polis xüsusi təyinatlı qüvvələrin dəstəyi ilə Ural bölgəsində azərbaycanlıların yeni lideri kimi tanınan Vidadi Mustafayevi saxlayıb. "PostMedia"nın məlumatına görə, bu barədə E1.RU-ya bir neçə müstəqil mənbə məlumat verib.

Mənbələrin sözlərinə görə, Mustafayev “İset” qülləsinin girişində, "elit Encore" fitnes klubunu ziyarət etdiyi vaxt həbs olunub. Əməliyyatı OBOB (xüsusi əməliyyatlar idarəsi) SOBR-un (xüsusi təyinatlı polis dəstəsi) müşayiəti ilə həyata keçirib. İlkin məlumata əsasən, o, torpaq sahəsinin satışında dələduzluqda şübhəli bilinir.

Hadisə ilə bağlı Vidadi Mustafayevlə əlaqə saxlamaq mümkün olmayıb.

Mustafayev əvvəlki illərdə Şahin Şıxlinskini həmvətənlərin cəmiyyətə zəif inteqrasiyası və diasporların kriminal ocağa çevrilməsi ilə bağlı tənqid etdikdən sonra tanınıb. Şıxlinskinin həbsi ilə bağlı hadisələrdən sonra Mustafayev özünü Ural azərbaycanlılarının yeni lideri kimi təqdim etmişdi.

O, daha əvvəl də hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930