6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

İran Əfqanıstana təxminən 300 məhkumu təhvil verib

25-noyabr-2025, 19:31
İran Əfqanıstana təxminən 300 məhkumu təhvil verib
Yazı Ölçüsü:

292 əfqanıstanlı məhkum İrandan öz ölkələrinə göndərilib.

"PostMedia" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Ədliyyə Nazirliyi məlumat yayıb.

Əfqanıstanlı məhkumlar “Taliban” hərəkatının hakimiyyətinə Dögaru və İslam-Qala sərhəd keçid məntəqələri vasitəsilə təhvil verilib.

Məhkumların törətdikləri cinayətlər əsasən narkotiklərlə bağlıdır və onların təhvil verilməsi iki ölkə arasında imzalanmış ikitərəfli sazişlər əsasında davam etdiriləcək, deyə nazirlik əlavə edib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930