6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

“AFEN Plaza”da partlayış olub

24-noyabr-2025, 10:15
“AFEN Plaza”da partlayış olub
Yazı Ölçüsü:

Bu gün səhər saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
"PostMedia" bu baədə FHN-ə istinadən xəbər verir.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı müəyyən edilib.
FHN qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəza baş verən bina “AFEN Plaza” biznes mərkəzidir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031