6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Gürcüstan–Rusiya sərhədində yol tikintisi zamanı dörd nəfər həlak olub

24-noyabr-2025, 06:48
Gürcüstan–Rusiya sərhədində yol tikintisi zamanı dörd nəfər həlak olub
Yazı Ölçüsü:

Gürcüstanın Kveşeti–Kobi avtomobil yolunun Gürcüstan–Rusiya sərhədinə aparan hissəsində aparılan tikinti işləri zamanı torpaq uçqunu baş verib. "PostMedia" "Sputnik Georgia"ya istinadən xəbər verir ki, hadisə nəticəsində dörd nəfər ölüb.

Məlumata əsasən, işçilər istinad divarının inşası ilə məşğul olduqları vaxt torpaq kütləsi onların üzərinə çöküb və Türkmənistan və Çin vətəndaşları olan 5 nəfər torpaq altında qalıb.

Gürcüstan Avtomobil Yolları Departamenti baş verən hadisə ilə bağlı podratçı şirkətdən təhlükəsizlik qaydalarına maksimum ciddi əməl edilməsini və bütün tələblərin dəqiq icrasını tələb edib.

Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi istintaqa başlayıb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930