6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

"Cəfər Cabbarlı" stansiyasına bitişik yeraltı keçiddə tüstülənmə olub - YENİLƏNİB

14-noyabr-2025, 10:11
"Cəfər Cabbarlı" stansiyasına bitişik yeraltı keçiddə tüstülənmə olub - YENİLƏNİB
Yazı Ölçüsü:

Qurumun açıqlamasında deyilir ki, stansiyanın giriş-çıxış qapıları sərnişinlərin istifadəsinə tam açılıb

-----------------------------------------------------------------

“Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib.

"PostMedia" bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.

Hadisənin metro sərnişinlərinə təsirinin qarşısını almaq məqsədilə “Cəfər Cabbarlı” stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib. Sərnişinlərin hərəkəti “28 May” stansiyası istiqamətindən təmin edilib.
“Cəfər Cabbarlı” və “28 May” stansiyalarının, həmçinin “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilir.
Saat 10:00-da stansiyanın giriş-çıxışı istifadəyə veriləcək.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031