6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Fransa “Telegram”ın yaradıcısı Pavel Durova qoyulan məhdudiyyətləri tamamilə aradan qaldırıb

13-noyabr-2025, 19:11
Fransa “Telegram”ın yaradıcısı Pavel Durova qoyulan məhdudiyyətləri tamamilə aradan qaldırıb
Yazı Ölçüsü:
Fransa hakimiyyəti “Telegram”ın yaradıcısı Pavel Durovun hərəkət azadlığına qoyulan məhdudiyyətləri tamamilə aradan qaldırıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrinə istinadən məlumat yayıb. Qərar noyabrın 10-da qəbul edilib.
Məlumata görə, Durov məhkəmə nəzarətinin bütün şərtlərinə əməl edib və istintaq çərçivəsində üç dəfə dindirilib. Artıq o, Fransiyanı sərbəst şəkildə tərk edə bilər və polis şöbəsində mütəmadi qeydiyyatdan keçmək öhdəliyindən azaddır.
Pavel Durov ötən ilin avqustunda Paris aeroportunda saxlanılmışdı. O zaman ona ölkəni tərk etməmək qadağası qoyulmuşdu. Bu ilin iyununda isə məhdudiyyətlər qismən yumşaldılmış və ona yalnız Dubaya səfər etmək icazə verilmişdi.
Biznesmen "Telegram"da kontentin yetərincə moderasiya edilməməsi və Fransa hüquq-mühafizə orqanları ilə əməkdaşlıqdan imtina məsələləri ilə bağlı istintaq çərçivəsində saxlanılmışdı. Ona qarşı terrorizm, narkotik dövriyyəsi, fırıldaqçılıq və uşaqlara qarşı cinayətlər kimi ittihamların irəli sürülməsi ehtimal olunur.
Durov bu ittihamları absurd və əsassız adlandıraraq bildirib ki, platforma rəhbərinin istifadəçilərin törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunması həm hüquqi, həm də məntiqi baxımdan qəbuledilməzdir.
2024-cü ilin dekabrında keçirilən dindirmə zamanı o, "Telegram"a qarşı irəli sürülən ittihamların ciddiliyini başa düşdüyünü, lakin platformanın cinayətkarlar üçün yaradılmadığını vurğulayıb.
Hazırda Pavel Durovun sərvəti 14,7 milyard dollar təşkil edir və bu göstərici ilin əvvəlindən 3,71 milyard dollar artıb. O, Bloomberg milyarderlər reytinqində 196-cı yerdə qərarlaşıb.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930