6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp HƏMAS tərksilah olunduqdan sonra İsrail qüvvələrinin Qəzzadan çıxarılacağını vəd edib

31-iyul-2026, 12:19
Tramp HƏMAS tərksilah olunduqdan sonra İsrail qüvvələrinin Qəzzadan çıxarılacağını vəd edib
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp radikal HƏMAS hərəkatının tam tərksilah edilməsindən sonra İsrail qüvvələrinin Qəzza zolağından çıxarılacağını bəyan edib.

"PostMedia" xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Bu, Trampın 20 bəndlik planının həyata keçirilməsi yolunda mühüm mərhələdir", – deyə ABŞ Prezidenti Sülh Şurasının HƏMAS silahlılarının "tam tərksilahı" ilə bağlı əldə etdiyi razılaşmadan danışarkən bildirib.

"Bu razılaşma mərhələli şəkildə həyata keçiriləcək və hər bir mərhələ diqqətlə planlaşdırılacaq. Tərksilah prosesi başa çatdıqdan sonra İsrail qüvvələri çıxarılacaq, beynəlxalq sabitləşdirici qüvvələr isə Qəzza zolağında həm yerli sakinlərin, həm də qonşuların təhlükəsizliyini təmin etmək üçün Fələstin polisi ilə əməkdaşlıq edəcək", – deyə Tramp əlavə edib.

ABŞ Prezidentinin sözlərinə görə, "Bu razılaşma Qəzza zolağında yeni Fələstin hökumətinin hakimiyyətə gəlməsi üçün mühüm addımdır. Həmin hökumət Sülh Şurası ilə sıx əməkdaşlıq edəcək və xalqa kömək göstərəcək. Eyni zamanda İsrail də ehtiyac duyduğu təhlükəsizliyi əldə edəcək, çünki Qəzza artıq terror hücumlarının dayaq məntəqəsi olmayacaq", – deyə Tramp vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31