6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Türkiyə hələ də "F-35"lərlə bağlı tələbləri yerinə yetirməyib - "FOX News"

31-iyul-2026, 11:42
Türkiyə hələ də "F-35"lərlə bağlı tələbləri yerinə yetirməyib - "FOX News"
Yazı Ölçüsü:
ABŞ Dövlət Departamenti Konqresə göndərdiyi məktubda bildirib ki, Türkiyə hələ də "F-35" qırıcılarının alınması üçün tələb olunan şərtləri yerinə yetirməyib.
"PostMedia" xəbər verir ki, bu barədə sənədin mətninə istinadən "Fox News" məlumat yayıb.
Məktubda qeyd olunur ki, ABŞ qanunvericiliyinə əsasən, Türkiyə Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə sistemlərinə və onlarla əlaqəli avadanlıqlara sahib olduğu müddətdə, həmçinin gələcəkdə bu sistemləri almayacağına dair öhdəlik götürmədiyi və Konqresin müəyyən etdiyi digər tələbləri yerinə yetirmədiyi təqdirdə, "F-35" qırıcılarının Ankaraya satışı mümkün deyil.
“Türkiyə hələ də bu şərtlərə cavab vermir”, – deyə Konqresə təqdim olunan sənəddə bildirilir.
Türkiyə 2017-ci ildə Rusiyadan dörd divizion "S-400" sistemi aldıqdan sonra "F-35" proqramından çıxarılmışdı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 7-8-də Ankarada keçirilən NATO sammitindən sonra ABŞ Prezidenti Donald Trampın Türkiyəyə "F-35" qırıcılarının satışına müsbət yanaşdığını bildirmişdi.
Donald Tramp isə Türkiyəyə "F-35"lərin satışını dəstəkləmək istədiyini desə də, bu məsələdə yekun qərarın hələ qəbul edilmədiyini və hazırda mümkün addımların qiymətləndirildiyini vurğulayıb.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31