6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ prezidentlərinin söydüyü söyüşün 78%-i Tramp və Baydenin payına düşür

31-iyul-2026, 10:24
ABŞ prezidentlərinin söydüyü söyüşün 78%-i Tramp və Baydenin payına düşür
Yazı Ölçüsü:
ABŞ-də siyasi ritorika getdikcə kobudlaşır. Aparılan araşdırmaya görə, 1919-cu ildən bəri ABŞ prezidentləri tərəfindən işlədilən bütün söyüş və kobud ifadələrin 87 faizi son 10 ildə ölkəyə rəhbərlik edən prezidentlərin payına düşür.
"PostMedia" xəbər verir ki, bu barədə "The Post" yazır.
Araşdırmaya əsasən, hazırkı prezident Donald Tramp və ondan əvvəlki prezident Co Bayden birlikdə 538 söyüş və kobud ifadə işlədib. Bu, ABŞ prezidentlərinin Vudro Vilson dövründən bəri qeydə alınmış ümumi 692 belə ifadəsinin 78 faizini təşkil edir. Nəticələr Uelsli tədqiqatçı tərəfindən hazırlanıb.
Kardiff Universitetinin müəllimi, doktor Cozef Fillips bildirib ki, əvvəllər prezidentlərin, hətta namizəd olduqları dövrdə belə, rəsmi çıxışlarda söyüş işlətməsi olduqca nadir hal idi.
Onun sözlərinə görə, bu tabu ilk dəfə 1919-cu ildə prezident Vudro Vilsonun özünü "açıq-aşkar eşşək yerinə qoyduğunu" ifadə etməsi ilə pozulub.
Tədqiqatçı hesab edir ki, bu gün kobud ifadələr çox vaxt səmimiyyət əlaməti kimi qəbul edilir. Cəmiyyət hakimiyyətə etimadın azaldığı dövrdə siyasətçilərin "senzurasız danışmasını" daha inandırıcı sayır.
Donald Tramp siyasi fəaliyyətində dəfələrlə kobud ifadələr işlədib. O, xüsusilə gərgin vəziyyətlərdə və ya vacib hesab etdiyi məsələlərdə sərt ritorikaya üstünlük verir.
"Fox News"a verdiyi müsahibədə Tramp ABŞ-nin İranı "tamamilə darmadağın edəcəyini" deyib.
Aprel ayında isə Tehrana müraciət edərək Hörmüz boğazını açmağa çağırıb və əks halda ağır nəticələrlə üzləşəcəyini bildirib.
Araşdırmada qeyd olunur ki, Tramp "Ağ Ev" leksikonuna əvvəllər prezidentlər tərəfindən işlədilməyən bir sıra kobud sözləri də gətirib.
Co Bayden isə prezidentliyi dövründə daha çox nisbətən yumşaq kobud ifadələrdən istifadə edib. Bununla belə, onun da diqqət çəkən çıxışları olub.
2010-cu ildə, vitse-prezident olduğu dövrdə səhiyyə islahatlarının imzalanması zamanı Barak Obamaya yaxınlaşıb sənədi "çox böyük bir iş" adlandırarkən söyüşdən istifadə etmişdi.
Məqalədə qeyd olunur ki, ABŞ cəmiyyətində siyasətçilərin kobud ifadələr işlətməsinə münasibət də dəyişir. "YouGov" sorğularına görə, gənclər siyasətdə söyüş işlədilməsinə yaşlı nəsillə müqayisədə daha tolerant yanaşırlar.
Bu tendensiya Konqres üzvləri arasında da müşahidə olunur.
Respublikaçı senator Berni Moreno Senatda keçirilən dinləmələr zamanı doktor Entoni Fauçiyə sərt ifadələrlə müraciət edib.
Demokrat Partiyasının nümayəndəsi Suzi Li isə "X" sosial şəbəkəsində Donald Trampla bağlı paylaşımına münasibət bildirərkən "Bağışlayın, son vaxtlar çox söyüş söyürəm" yazıb.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31