6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp İrana sərt zərbə ilə hədələyib: "İndi növbə ABŞ-dədir"

29-iyul-2026, 23:56
Tramp İrana sərt zərbə ilə hədələyib: "İndi növbə ABŞ-dədir"
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp İranın regiondakı Amerika hərbi obyektlərinə hücum cəhdindən sonra Vaşinqtonun Tehrana sərt cavab zərbəsi endirəcəyini bəyan edib.

"PostMedia" xəbər verir ki, bu barədə CNN televiziya kanalı məlumat yayıb.

Trampın sözlərinə görə, diplomatik həll yolları axtarışı fonunda qısa müddət səngimiş qarşıdurmada artıq "ABŞ-nin cavab vermək növbəsi çatıb".

"Biz onlara çox güclü zərbə endirəcəyik, çünki indi zərbə vurmaq növbəsi bizdədir. Onlar bunun baş verəcəyini bilirlər", – deyə ABŞ prezidenti "Oval kabinet"də jurnalistlərə bildirib.

ABŞ hərbi dairələrinin məlumatına görə, İran çərşənbə gecəsi regiondakı Amerika mövqelərinə doğru raketlər buraxıb. Bildirilir ki, buraxılan raketlərin hamısı hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Vaşinqton hesab edir ki, bu hücum İranın ABŞ zərbələrinə cavab verməsi formasından fərqlənərək Tehranın hərbi əməliyyatları yenidən genişləndirməyə hazır olduğunu göstərir.

Tramp bildirib ki, İran ABŞ-dən cavab zərbəsi endirməməyi xahiş etsə də, buna baxmayaraq hücumu həyata keçirib.

"Onlar yenə də atəş açdılar. Deməli, indi növbə bizdədir", – ABŞ prezidenti vurğulayıb.

O əlavə edib ki, Vaşinqton hələ də İranla razılığa gəlmək imkanını istisna etmir. Bununla belə, razılaşma əldə olunmasa, ABŞ-nin cavabının "çox sərt" olacağını bildirib.

Daha sonra Tramp hücumun İran rəhbərliyində ABŞ ilə danışıqlar aparan qrup deyil, başqa bir qrup tərəfindən təşkil edilmiş ola biləcəyini ehtimal edib.

"Bu, bizim işlədiyimiz qrup deyildi. Onlar artıq üzr istəyiblər, amma hər halda onlara kiçik bir dərs verməliyik", – deyə Tramp qeyd edib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31