İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, ölkənin Silahlı Qüvvələri zərurət yaranacağı təqdirdə İrana qarşı hərbi əməliyyatları müstəqil şəkildə aparmağa hazır olmalıdır.
"PostMedia" xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.
Kats bildirib ki, İsrail ordusunun Baş Qərargahı istənilən təhlükəni aradan qaldırmaq üçün zərurət yaranarsa, İrana qarşı zərbələri müstəqil şəkildə endirməyə tam hazırlıqlı olmalıdır.
Nazirin açıqlaması Fələstinin HƏMAS hərəkatının 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan ötən 1000-ci günə təsadüf edib.
Kats həmçinin son silahlı qarşıdurma zamanı İsrailin "İran rəhbərliyinin böyük hissəsini zərərsizləşdirdiyini və ölkənin strateji hərbi imkanlarına ciddi zərbə vurduğunu" iddia edib.
Bundan bir gün əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi İsraili Tehrana qarşı səsləndirilən hədələrlə bağlı xəbərdar edərək bildirib ki, İran istənilən təhdidə "dərhal və qətiyyətli" cavab verəcək.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
