6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp: "İran ABŞ-ın demək olar ki, bütün tələbləri ilə razılaşıb"

03-iyul-2026, 08:16
Tramp: "İran ABŞ-ın demək olar ki, bütün tələbləri ilə razılaşıb"
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla qarşıdurma zamanı qarşıya qoyduğu məqsədlərin demək olar ki, hamısına nail olduğunu bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə o, CNBC telekanalına müsahibəsində bildirib.

ABŞ liderinin sözlərinə görə, Tehran ABŞ üçün vacib olan məsələlərin əksəriyyətini qəbul edib.

"Düşünürəm ki, onlar bizə lazım olan demək olar ki, hər şeylə razılaşıblar", – deyə ABŞ prezidenti vurğulayıb.

Onun sözlərinə görə, İranla danışıqlar davam edir və hərbi qarşıdurma nəticəsində Tehranın nüvə silahı proqramı ilə bağlı məsələ həll olunub.

"Bu, İranın nüvə silahından məhrum edilməsidir", – deyə Tramp qeyd edib.

ABŞ lideri hesab edir ki, təxminən dörd ay davam edən qarşıdurma nisbətən qısa müddətdə başa çatıb və bu müddətdə Amerika Silahlı Qüvvələri qarşıya qoyulan hədəflərə çatıb.

"Mən nəyə nail oldum? Mən onları hərbi baxımdan darmadağın etdim", – deyə Tramp əlavə edib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31