6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp: "ABŞ Çinin Panama kanalını ələ keçirməsinə imkan verməyəcək"

02-iyul-2026
Tramp: "ABŞ Çinin Panama kanalını ələ keçirməsinə imkan verməyəcək"
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp Şimali Dakotada Teodor Ruzvelt Prezident Kitabxanasının açılış mərasimində çıxışı zamanı onun tarixdəki rolunu, xüsusilə də Panama kanalının tikintisinin başa çatdırılmasındakı xidmətlərini yüksək qiymətləndirdiyini bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Tramp qeyd edib ki, Çin Panama kanalı üzərində nəzarəti ələ keçirməyə çalışır və əlavə edib ki, ABŞ “bunun baş verməsinə imkan verməyəcək”.

“İndi isə Çin Panama kanalını ələ keçirməyə çalışır və biz buna imkan verməyəcəyik. Yaxşı, bu, ssenarinin bir hissəsi deyildi, çünki mənim əslində heç bir ssenarim yoxdur”, – deyə Tramp bildirib.

ABŞ prezidenti həmçinin yeni kitabxanada Teodor Ruzveltin obrazında hazırlanmış süni intellekt əsaslı holoqramla “söhbət etdiyini” də açıqlayıb.

Tramp yenidən prezident seçildikdən sonra dafələrlə Panama kanalı məsələsini gündəmə gətirib. O, daha əvvəl kanal üzərində nəzarətin təmin edilməsi məqsədilə güc tətbiqi imkanları barədə də bəyanatlar səsləndirib.

Çıxışı zamanı Tramp ABŞ-nin İran və Venesueladakı hərbi əməliyyatları mövzusuna da toxunaraq, onları Panama kanalının tarixi ilə müqayisə edib.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031