6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

AP: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlarda irəliləyiş əldə edib

05-avqust-2026, 09:33
AP: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlarda irəliləyiş əldə edib
Yazı Ölçüsü:

İran və Oman Hörmüz boğazında gəmiçiliyin bərpasına dair razılaşmanın əldə olunması istiqamətində irəliləyişə nail olub.

"PostMedia" xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi rəsmi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, müzakirə olunan razılaşmaya əsasən, gəmilər Fars körfəzinə İranın nəzarətində olan marşrutla daxil olacaq, çıxış isə Omanın nəzarətində olan marşrut vasitəsilə həyata keçiriləcək. Təhlükəsizliyin təmin edilməsi və dəniz mühitinin qorunması məqsədilə müəyyən ödənişlərin tətbiqi də nəzərdə tutulur.

Mənbələr bildiriblər ki, danışıqlar hələ də davam edir və yekun razılaşma fərqli formada ola bilər. Həmçinin qeyd olunur ki, mümkün razılaşma İran limanlarına qarşı ABŞ tərəfindən tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqələndirilir.

Agentliyin məlumatına görə, İranın Hörmüz boğazı üzərində nəzarətini rəsmiləşdirəcək hər hansı razılaşma Tehran üçün mühüm strateji üstünlük hesab oluna bilər. Bu səbəbdən ABŞ-ın sanksiyaları aradan qaldırmaqdan imtina etməklə belə bir razılaşmanın qarşısını almağa çalışa biləcəyi vurğulanır.

ABŞ rəsmilərindən biri isə Vaşinqtonun tərəflərdən heç birinin gəmiçilik marşrutları və ya həmin marşrutlardan keçid üzərində nəzarət etmədiyi əvvəlki status-kvonun bərpasına sadiq qaldığını bildirib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31