6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ELM-TƏHSİL | XARİCİ XƏBƏRLƏR

Kembric Universitetində "saxta prafessor" qalmaqalı

13-avqust-2026, 20:48
Kembric Universitetində "saxta prafessor" qalmaqalı
Yazı Ölçüsü:
Böyük Britaniyanın nüfuzlu Kembric Universitetində sosiologiya professoru Jason Ardayın akademik fəaliyyəti və universitetə təyinatı ətrafında qalmaqal yaranıb.
“PostMedia” “The Guardian”a istinadən xəbər verir ki, Ardayın elmi fəaliyyəti, akademik keçmişi və universitetdə professor vəzifəsinə necə təyin olunması ilə bağlı bir sıra ciddi iddialar ortaya çıxıb.
Jason Arday 2023-cü ildə Kembric Universitetinin professoru təyin edilib və universitet tarixində ən gənc qaradərili professor kimi təqdim olunub. Lakin 2026-cı ilin avqustunda onun elmi fəaliyyəti və peşəkar bioqrafiyası ilə bağlı iddialar mediada geniş yayılıb.
İddiaların əsas hissəsi onun 2015-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyasının bəzi hissələrində plagiat olması ilə bağlıdır. Bundan başqa, onun elmi məqalələri, CV-də göstərdiyi bəzi akademik əlaqələr və şəxsi nailiyyətləri ilə bağlı məkumatlarının yalan olduğu ortaya çıxıb.
Arday plagiat və akademik pozuntu ittihamlarını rədd edib. Onun doktorluq dərəcəsini verən Liverpool John Moores University tərəfindən əvvəlki araşdırmada plagiat ittihamları təsdiqlənməyib və müəyyən problemlərin “dürüst və əsaslandırılmış səhv” nəticəsində yarana biləcəyi bildirilib.
Məsələ xüsusilə 5 avqust 2026-cı ildə böyüyüb. Kembric Universiteti Ardayın kvalifikasiyaları və karyerası ilə bağlı yeni məlumatlar əldə etdiyini və araşdırma başladığını açıqladıqdan sonra Arday professor vəzifəsindən istefa verib.
Avqustun 12-də müstəqil araşdırma aparıldığı rəsmən açıqlanıb. Universitetin rəhbəri Deborah Prentice hadisəni “istisna” kimi xarakterizə edib və araşdırmanın nəticələrinin gələcəkdə yüksək səviyyəli akademiklərin seçilməsi prosedurlarının nəzərdən keçirilməsində istifadə olunacağını bildirib.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31