6°C Bakı
1$ = 1.70₼
Rəsmi xəbərlər

Prezident İlham Əliyev Bruney Sultanını təbrik edib

25-noyabr-2025, 16:53
Prezident İlham Əliyev Bruney Sultanını təbrik edib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bruney Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu göndərib.
"PostMedia" xəbər verir ki, məktubda deyilir.
Azərbaycan Respublikası ilə Bruney Darüssalam arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.
Otuz illik dövr ərzində ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli imkanlar açmışdır.
Biz Bruney Darüssalam ilə dövlətlərarası münasibətlərimizi genişləndirmək və əməkdaşlığımızı yeni məzmunla zənginləşdirmək əzmindəyik. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Bruney Darüssalam arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim firavanlıq və rifah arzulayıram.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031