6°C Bakı
1$ = 1.70₼
Rəsmi xəbərlər

Azərbaycanda mediator ola bilməyən şəxslərin dairəsi genişləndirilib - SİYAHI

22-may-2025, 16:27
Azərbaycanda mediator ola bilməyən şəxslərin dairəsi genişləndirilib - SİYAHI
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Azərbaycanda etik və peşəkar standartların qorunması, mediasiyanın keyfiyyətinin və etibarlığının artırılması məqsədilə mediator ola bilməyən şəxslərin dairəsi genişləndirilib.

"PostMedia" xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Mediasiya haqqında” qanuna dəyişiklikləri təsdiq etməsi ilə mümkün olub.

Belə ki, dəyişikliklərə əsasən, din xadimləri, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 il (mediasiya prosesinin tətbiqi barədə müqavilənin bağlanıldığı tarixədək) ərzində xidməti uyğunsuzluğuna və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular mediator ola bilməzlər.

Bundan başqa, siyahıya hüquq-mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna ( o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik və notariat fəaliyyətinə xitam verilmiş şəxslər də əlavə edilib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031