6°C Bakı
1$ = 1.70₼
Rəsmi xəbərlər

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib

04-mart-2026, 13:13
Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib
Yazı Ölçüsü:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verib.

"PostMedia" xəbər verir ki, İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu dövlətimizin başçısını qarşıladı.

Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazdı.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağını dedi.

Müctəba Dəmirçilu səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031