6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub

27-fevral-2026, 10:10
Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
Yazı Ölçüsü:

Fevralın 27-də Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin rəsmi qarşılanma mərasimi olub.

"PostMedia" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Efiopiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini və birinci xanım Zinaş Tayaçevi qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Efiopiyanın Baş nazirinə raport verdi.

Efiopiya Federativ Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin qarşısından keçdi.

Sonda rəsmi foto çəkdirildi.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930