6°C Bakı
1$ = 1.70₼
Rəsmi xəbərlər

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb

17-fevral-2026, 20:07
Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb
Yazı Ölçüsü:

Leyla Əliyeva Albaniya Respublikasında səfərdədir.

"PostMedia" xəbər verir ki, Leyla Əliyeva səfər çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb.

Səmimi dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan ilə Albaniya arasında əlaqələrin yüksək səviyyədə olduğu bir daha vurğulanıb.

Tərəflər mədəni əlaqələrin möhkəmləndirilməsini müzakirə edərək, incəsənətin birgə yaradıcılıq üçün universal vasitə kimi rolunu qeyd ediblər.

Söhbət zamanı Leyla Əliyeva və Edi Rama ekoloji məsələlərə xüsusi diqqət ayıraraq, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsinin vacibliyini qeyd ediblər.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031