6°C Bakı
1$ = 1.70₼
Rəsmi xəbərlər

Azərbaycan Trampın Sülh Şurasına üzvlük dəvətini qəbul edib

21-yanvar-2026, 09:19
Azərbaycan Trampın Sülh Şurasına üzvlük dəvətini qəbul edib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

16 yanvar tarixində ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək Azərbaycan Respublikasını təşkilata Təsisçi Üzv Dövlət olmağa dəvət edib.

"PostMedia" Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası sözügedən dəvəti qəbul edərək Sülh Şurasına Təsisçi Üzv Dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb.

Bildirib ki, ölkəmizin Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ tərəfinə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək.

“Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır”, - deyə məlumatda qeyd edilib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031