6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

CNN: ABŞ miqrant uşaqlarının deportasiyasını sürətləndirməyə çalışır

28-aprel-2026
CNN: ABŞ miqrant uşaqlarının deportasiyasını sürətləndirməyə çalışır
Yazı Ölçüsü:

ABŞ hakimiyyəti ölkədə nəzarət altında saxlanılan miqrant uşaqların deportasiya prosesini sürətləndirmək üçün addımlar atır.

"PostMedia" xəbər verir ki, bu barədə CNN rəsmi mənbələrə və hüquqşünaslara istinadən məlumat yayıb.

Məlumata görə, uşaqların ABŞ-də qalmaq hüququ ilə bağlı məhkəmə dinləmələri həftələrlə, bəzən isə aylarla uzanır ki, bu da onların hüquqlarını müdafiə edən vəkillərin işini çətinləşdirir.

Bildirilib ki, yetkinlik yaşına çatmayan miqrantlar məhkəmələrə dəfələrlə gəlməyə məcbur qalır və bəzən hüquqi yardım olmadan proseslərdə iştirak edirlər. Bu vəziyyət onların psixoloji durumuna da mənfi təsir göstərir.

CNN qeyd edir ki, uşaqlar ABŞ məhkəmə və miqrasiya sistemində yeni olduqları üçün tez-tez keçirilən dinləmələr onlarda əlavə stress yaradır.

2026-cı ilin martına olan məlumata görə, ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyinin nəzarətində 2000-dən çox miqrant uşaq var. Bu sistem 24 ştatda fəaliyyət göstərən müəssisə və proqramlar vasitəsilə müşayiətsiz uşaqlara qayğı göstərir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930