Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutub.
Görüş Parisdə Yelisey sarayında keçirilir.
"PostMedia" yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi məlumat yayıb.
Qeyd edək ki, Paşinyan Fransaya iki günlük işgüzar səfərə gedib. O, sentyabrın 9-10-da Parisdə keçirilən Beynəlxalq Kosmik Sammitdə iştirak edəcək. Tədbirdə 120-yə yaxın ölkənin nümayəndə heyətinin, o cümlədən dövlət və hökumət başçılarının iştirakı nəzərdə tutulur.