6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan işə düzəlib

09-sentyabr-2026, 16:24
Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan işə düzəlib
Yazı Ölçüsü:

Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan beynəlxalq məsləhətçi şirkət "Policy and Management Consulting Group"da (PMCG) baş məsləhətçi vəzifəsinə təyin olunub.

"PostMedia" xəbər verir ki, bu barədə şirkətin "LinkedIn"dəki rəsmi səhifəsində yayımlanan məlumatda bildirilib.

Şirkət Qriqoryanın dövlət idarəçiliyinin ən yüksək pillələrindəki təcrübəsinə diqqət çəkərək onun karyerasının strateji idarəetmə, diplomatiya, institusional islahatlar, böhranların idarə olunması və regional təhlükəsizlik sahələrini əhatə etdiyini qeyd edib.

Məlumata görə, yeni təyin olunan baş məsləhətçi artıq PMCG-nin fəaliyyətinə, o cümlədən TRIPP infrastruktur layihəsinin həyata keçirilməsinin mümkünlüyünün qiymətləndirilməsi prosesinə fəal şəkildə cəlb olunub.

Armen Qriqoryan 2018-2026-cı illərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutub. Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə o, bu ilin avqustunda Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib. Qriqoryan hökumətdə qalmaq üçün Paşinyanın təklif etdiyi digər vəzifəni tutmaqdan imtina edib.

O, 2021-ci ildə qısa müddət ərzində Ermənistanın xarici işlər naziri vəzifəsini icra edib.

PMCG beynəlxalq inkişaf üzrə məsləhətçi şəbəkədir. Şirkət "keçid dövründə olan və inkişaf etməkdə olan ölkələrin tərəqqisini" təmin etməyi qarşısına məqsəd qoyub. PMCG ABŞ, Gürcüstan, Ukrayna, Ermənistan, Özbəkistan, Polşa və İrlandiyada fəaliyyət göstərir və yerli hökumətlər, beynəlxalq təşkilatlar və özəl sektorla əməkdaşlıq edir.

Ermənistanda "PMCG Armenia" MMC tərəfindən təmsil olunan şirkət sosial-iqtisadi rifahın və institusional potensialın inkişafına yönəlmiş struktur islahatlarının həyata keçirilməsi üzrə ixtisaslaşıb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930