6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Zatulin: "Paşinyanın hakimiyyəti dövründə Ermənistanla ticarət münasibətlərində yumşalma olmayacaq"

09-sentyabr-2026, 18:07
Zatulin: "Paşinyanın hakimiyyəti dövründə Ermənistanla ticarət münasibətlərində yumşalma olmayacaq"
Yazı Ölçüsü:

Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitə sədrinin müavini Konstantin Zatulin Rusiya ilə Ermənistan arasında ticarət-iqtisadi münasibətlərdə mümkün yumşalmalardan danışıb.

"PostMedia" xəbər verir ki, o, "NSN"ə açıqlamasında bildirib ki, Baş nazir Nikol Paşinyan hakimiyyətdə olduğu müddətdə belə bir yumşalma baş verməyəcək.

Parlamentari vurğulayıb ki, iki ölkə arasında münasibətlərin pisləşməsi İrəvanın Moskvanın rəqibləri ilə ittifaqlar yaratmağa çalışan siyasəti ilə bağlıdır.

"Daimi təmaslara baxmayaraq, cənab Paşinyan hakimiyyətdə olduğu müddətdə heç bir yumşalma olmayacaq", - Zatulin bildirib.

O əlavə edib ki, Rusiya Ermənistanın həyata keçirdiyi şantaja boyun əyməyəcək.

Deputat həmçinin hesab edir ki, Paşinyan Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum keçirməyəcək. Zatulin bunu Baş nazirin referendumda məğlub olmaqdan qorxması ilə əlaqələndirib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031