6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Ermənistan hakimiyyəti Avropa İttifaqının təminatlarına həddindən artıq güvənir - Rusiya deputatı

08-sentyabr-2026, 01:20
Ermənistan hakimiyyəti Avropa İttifaqının təminatlarına həddindən artıq güvənir - Rusiya deputatı
Yazı Ölçüsü:

Avropa Komissiyasının Ermənistanla vizasız rejimin tətbiqinin müddətləri məsələsində yayındırıcı mövqeyi gözlənilməz deyil: Brüssel ənənəvi olaraq namizədlərdən maksimum güzəştlər tələb edir, özü isə yalnız “parlaq perspektivlər” barədə təminatlarla kifayətlənir.

"PostMedia" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini Konstantin Kosaçov TASS-a bildirib.

“Şübhəsiz ki, bu mövqedə gözlənilməz heç nə yoxdur. Avropa İttifaqının praktikası çox yaxşı məlumdur: üzvlüyə namizədlərdən maksimum sədaqət və güzəştlər tələb etmək, bunun müqabilində isə heç bir öhdəlik yaratmayan “parlaq perspektivlər” barədə təminatlarla kifayətlənmək. Ona görə də bu vəziyyətdə yeganə gözlənilməz məqam Ermənistanın hazırkı rəhbərliyinin bu cür təminatlara heç bir əsası olmayan etimadıdır.

Əgər bu, özünə həddindən artıq güvənmək deyilsə, o zaman söhbət Ermənistan üçün rəqabət aparan digər güc mərkəzləri arasındakı ziddiyyətlərdən, Avropa İttifaqından başqa, yararlanmağın mümkün olacağına dair prinsipsiz hesablamadan gedir. Alınmayacaq”, – deyə Kosaçov əlavə edib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930