6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

İran TRIPP layihəsi ilə bağlı Paşinyan qarşısında yeni şərtlər qoyub

07-sentyabr-2026, 20:17
İran TRIPP layihəsi ilə bağlı Paşinyan qarşısında yeni şərtlər qoyub
Yazı Ölçüsü:

İran hakimiyyəti ABŞ-nin təşəbbüsü ilə həyata keçirilməsi nəzərdə tutulan TRIPP layihəsi ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan qarşısında yeni və sərt şərtlər irəli sürüb.

"PostMedia" xəbər verir ki, bununla belə, Tehran ictimai müstəvidə İrəvanla münasibətlərində dostyana ritorikanı qoruyub saxlayır.

Mənbənin iddiasına görə, İran tərəfi TRIPP-in təhlükəsizliyinin yalnız Ermənistan Silahlı Qüvvələri və ya hazırda Ermənistan ərazisində yerləşən üçüncü ölkənin silahlı qüvvələri tərəfindən təmin edilməsini tələb edib. Burada üçüncü ölkə kimi Rusiyanın nəzərdə tutulduğu bildirilir.

Mənbələrin məlumatına görə, Tehran bununla ABŞ hərbçilərinin İran sərhədlərinin yaxınlığında peyda olmasının qarşısını almağa çalışır. İddialara əsasən, əks halda regionda gərginliyin artması fonunda İran tərəfi ABŞ hərbçilərini legitim hədəf hesab edə bilər.

Mənbə qeyd edir ki, bu vəziyyət İrəvanın xarici siyasətinin əsas layihələrindən biri hesab olunan TRIPP-in həyata keçirilməsini daha da çətinləşdirə bilər.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930