Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkədəki Rusiya hərbi bazası ilə bağlı açıqlamasına Mixail Bulqakovun "İt ürəyi" əsərindən sitatla cavab verib.
"PostMedia" xəbər verir ki, Zaxarova "Telegram" kanalında Paşinyanın Ermənistanın Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının ölkə üçün "həyati zərurət" olmadığını, lakin onun çıxarılması məsələsinin indiyədək qaldırılmadığını bildirməsinə diqqət çəkib.
Paşinyan həmçinin bildirib ki, Rusiya hərbi bazanı Ermənistandan çıxarmaq qərarına gəlsə, Yerevan buna etiraz etməyəcək. Eyni zamanda, Moskva hərbi obyektin Ermənistanda qalmasını istəsə, hakimiyyət bununla bağlı müzakirələr aparmağa hazırdır.
"Zaxarova cavabında Bulqakovun "İt ürəyi" əsərindən "Siz kişisiniz, yoxsa qadın?" ifadəsini yazıb.