6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Nikol Paşinyan: "Rusiya hərbi bazasının Ermənistanda qalması bizim üçün həyati əhəmiyyət daşımır"

03-sentyabr-2026, 14:49
Nikol Paşinyan: "Rusiya hərbi bazasının Ermənistanda qalması bizim üçün həyati əhəmiyyət daşımır"
Yazı Ölçüsü:

Rusiyanın Ermənistandakı hərbi bazasının ölkədən çıxarılması ilə bağlı müzakirə aparılmayıb.

"PostMedia" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 3-də hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Bişkekdə keçirdiyi görüşə və bundan sonra səsləndirilən bəyanatlara toxunaraq deyib ki, Ermənistan ərazisində yerləşən Rusiyanın 102-ci hərbi bazası məsələsini heç vaxt gündəmə gətirməyib.

"Bu müddət ərzində biz heç vaxt Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası məsələsini qaldırmamışıq. Həm də belə deyil ki, biz 102-ci hərbi bazanın Ermənistan ərazisində mövcudluğunu həyati zərurət hesab edirik", – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Rusiya hərbi bazanı Ermənistan Respublikasından çıxarmaq qərarına gəlsə, İrəvan buna etiraz etməyəcək.

"Əgər Rusiya hərbi bazanı Ermənistan Respublikasından çıxarmaq qərarına gəlsə, biz etiraz etməyəcəyik. Əgər qalmaq istədiklərini bildirsələr, bunu da müzakirə etməyə hazırıq. Lakin biz bu müddət ərzində heç vaxt bu məsələni gündəmə gətirməmişik", – deyə Paşinyan vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930