Ermənistanın Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməsi Moskvaya deyil, məhz İrəvana qarşı yönəlmiş addım olacaq.
"PostMedia" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadi Forumunda bildirib.
"Əgər Ermənistan birdən viza rejimi də tətbiq etsə, bu, bizə qarşı deyil, öz vətəndaşlarına qarşı atılmış addım olacaq", – deyə Zaxarova jurnalistlərə bildirib.
O vurğulayıb ki, belə qərar çoxsaylı qohumları Ermənistanda yaşayan Rusiya vətəndaşlarına da təsir göstərəcək.