İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin ölkəyə qarşı dəniz blokadasını gücləndirəcəyi təqdirdə Tehranın hərbi vasitələrlə cavab verəcəyini bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
"Əgər onlar blokadanı gücləndirsələr, biz mütləq hərbi vasitələrlə cavab verəcəyik və nəticədə hamı uduzacaq", – deyə Qalibaf çərşənbə axşamı yayımlanan videomüraciətində bildirib.
Onun sözlərinə görə, ABŞ İranın Fars körfəzindən neft ixracına mane olmağa çalışarsa, buna nail ola bilməyəcək.
Qalibaf həmçinin bildirib ki, qarşı tərəf hazırda iqtisadi müharibənin psixoloji təsirinə diqqət yetirir. O, son günlər elan edilən sanksiyaların əhəmiyyətli hissəsinin daha əvvəl də qüvvədə olduğunu qeyd edib.
Parlament sədri vurğulayıb ki, beynəlxalq hüquq baxımından dəniz blokadası hərbi əməliyyat hesab olunur.