6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Türkiyənin daxili işlər naziri Gürcüstana rəsmi səfərə gedib

01-sentyabr-2026, 21:32
Türkiyənin daxili işlər naziri Gürcüstana rəsmi səfərə gedib
Yazı Ölçüsü:

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Gürcüstanın daxili işlər naziri Sulxan Tamazacşvilinin dəvəti ilə Gürcüstana rəsmi səfər edib.

"PostMedia" xəbər verir ki, bu barədə "Georgia Online" Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Sulxan Tamazacşvili türkiyəli həmkarını Tbilisi Beynəlxalq Hava Limanında qarşılayıb.

Səfər çərçivəsində iki nazirin geniş tərkibdə danışıqlar aparması planlaşdırılır. Həmçinin iki ölkənin daxili işlər nazirliklərinin polis akademiyaları arasında anlaşma memorandumunun imzalanması nəzərdə tutulur.

Görüşün yekununda nazirlərin birgə bəyanatla çıxış edəcəyi gözlənilir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031