6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Paşinyan ŞƏT+ sammitində rus dilində çıxış etməyən yeganə MDB lideri olub

01-sentyabr-2026, 17:25
Paşinyan ŞƏT+ sammitində rus dilində çıxış etməyən yeganə MDB lideri olub
Yazı Ölçüsü:

Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) "ŞƏT+" formatında sammitində rus dilində çıxış etməyən yeganə MDB ölkəsi lideri olub.

"PostMedia" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, Qırğızıstan, Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan və Özbəkistan rəhbərləri çıxışlarını rus dilində ediblər.

Paşinyan isə sammitdə erməni dilində çıxış edib və tərcüməçinin xidmətlərindən istifadə edib.

Eyni zamanda, görüşün digər iştirakçıları, o cümlədən müxtəlif ölkələri və beynəlxalq təşkilatları təmsil edən nümayəndələr ya öz milli dillərində, ya da ingilis dilində çıxış ediblər.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031